ANİ ÖDƏNİŞLƏR SİSTEMİ

Tezliklə...

Ani Ödənişlər Sistemi

Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 508 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərdən biri rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsini nəzərdə tutan Ani Ödənişlər Sisteminin (AÖS) yaradılmasıdır.
Bu sistemin yaradılması nəticəsində ölkənin ödəniş ekosistemi fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmaların 24*7*365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verəcəkdir. İstifadəçilər istənilən zaman və istənilən vasitələrlə bir-birlərinə ödəniş edə biləcəklər. Eyni zamanda, ölkənin təsərrüfat subyektlərində müasir mobil həllərin tətbiqi mümkün olacaqdır. Yaradılan imkanlar isə iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın azalmasına və nağdsız ödənişlərin artmasına təkan verəcəkdir.

Tez-tez verilən suallar